"Zirə"nin futbolçusu Rəşad Abdullayev Azərbaycan çempionatlarında 350-ci matçını keçirib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, onun yubiley oyunu Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib.
Matçın gedişində oyuna daxil olan yarımmüdafiəçi Azərbaycan çempionatlarının 23 illik tarixinə 350 və daha çox qarşılaşmada iştirak edən 6-cı futbolçu kimi düşüb. Belə ki, onadək yalnız 5 oyunçu buna nail olub. Bu göstəricidə mütləq rekord isə Mahmud Qurbanova məxsusdur – 421 oyun.
Ölkə çempionatında 1999/2000 mövsümündə debüt edən Abdullayev karyerası ərzində “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ”, “Rəvan”, AZAL və “Zirə”də çıxış edib. O, 350 matçda 54 qol vurub.
Qeyd edək ki, 16-cı mövsümünü keçirən yarımmüdafiəçi “Xəzər Lənkəran”da bir (2006/07), “Neftçi”də iki dəfə (2010/11,2011/12) çempion tituluna yiyələnib.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması