Azərbaycan kubokunun oktyabrın 14-də keçiriləcək ilkin təsnifat oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Bildirilib ki, ötən gün səhər saatlarında dünyasını dəyişmiş Tovuzun "Turan" klubunun sabiq futbolçusu və məşqçisi Sakit Alıyevin xatirəsi yad olunacaq. MOİK - "Turan", "Şahdağ" - "Şəmkir" və "Şərurspor" - "Qaradağ-Löbatan" qarşılaşmalarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq. S.Alıyevin xatirəsinin Azərbaycan Premyer Liqasının növbəti tur oyunlarında da yad olunub-olunmayacağı hazırda Azərbaycan millisinin oyunu ilə əlaqədar Bolqarıstanda olan PFL prezidenti Ramin Musayevin Bakıya qayıdışından sonra dəqiqləşəcək.
Qeyd edək ki, Sakit Alıyev uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat edib (Report.az).
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi