Bu gün keçirilən 9 oyunla "Avro-2016"nın C, E və G qruplarında seçmə mərhələnin oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, daha 2 yığma Avropa çempionatının final mərhələsinə adını yazdırıb.
C qrupunda Slovakiya səfərdə Lüksemburqu 4:2 hesabı ilə məğlub etməklə Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb. G qrupunda isə Rusiya millisi öz meydanında Monteneqroya 2:0 hesabı ilə qalib gəlməklə "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib.
Digər 6 komandanın kimliyinə seçmə mərhələnin bu gün keçiriləcək son turundan sonra aydınlıq gələcək. Bu 6 komandadan 2-i seçmə mərhələni 1-2 pillələrdə başa vuracaq yığmalar olacaq. Digər bir komanda isə ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Avropa çempionatının final mərhələsinin son 4 iştirakçıları isə noyabr ayında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən 18 komanda bunlardır: Fransa (ev sahibi), İngiltərə, Çexiya, İslandiya, Avstriya, Portuqaliya, Şimali İrlandiya, İspaniya, İsveçrə, İtaliya, Uels, Belçika, Almaniya, Polşa, Rumıniya, Albaniya, Rusiya və Slovakiya yığmalarıdır.
Qeyd edək ki, gələn il Fransa keçiriləcək Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!