"Səfərdə İslandiya ilə oynadığımız görüşlə başlayan bu müddətdə çətin günlərimiz də oldu, yaxşı günlərimiz də. Ancaq hər zaman mübarizənin içində qaldıq. Türkiyə milli komandası olaraq hər zaman xarakterimizi ortaya qoyduq və heç vaxt təslim olmadıq. Sadəcə xallar deyil, yeni oyunçular da qazandıq".
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları İslandiya ilə oyunöncəsi deyib.
62 yaşlı mütəxəssis komandasının İslandiyanı məğlub edərək "pley-off" oyunlarına qalacağına inandığını bildirib: "Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımız var. İslandiyanı məğlub etmək və ölkəmizə sevinc bəxş etmək üçün sona qədər mübarizə aparacağıq. Bizim üçün final xarakteri daşıyan bu matçın sonunda meydandan xoşbəxt ayrılacaq komandanın Türkiyə olacağına inanıram. Məqsədimiz yaxşı futbol göstərib, qələbə qazanmaqdır. Futbolçularım da məsuliyyətin fərqindədirlər. Onların özlərinə yaraşan futbolu sərgiləyəcəyinə və ölkəmizi ən yaxşı şəkildə təmsil edəcəklərinə heç kəsin şübhəsi olmasın".
Terim azarkeş dəstəyinin də sabahkı görüşdə önəmli rol oynayacağını bildirib: "Belə vacib oyunda ən önəmli güclərimizdən biri Konya azarkeşi olacaq. Latviya və Hollandiya ilə görüşlərdə bizi dəstəklədikləri üçün onlara təşəkkür edirəm. İşlərimiz yolunda getmədiyi vaxtda belə dəstək verərək bizi ruhlandırdılar. İslandiya ilə matçda da azarkeşlərin tribunaları dolduracaqlarına və komandamıza ürəkdən dəstək verəcəklərinə inanıram".
Qeyd edək ki, Türkiyə millisi sabah evdə İslandiyaya qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə qatılmaq şansı verən "pley-off" oyunlarında iştirak etmək hüququ əldə edəcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!