Qətərdə keçirilən boks üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, 4 boksçumuz yarımfinala vəsiqə qazanıb.
Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda argentinalı Yamil Peralta ilə dueldən qalib ayrılıb - 3:0. Millimizin üzvü yarımfinalda kubalı Erislandi Savonla üz-üzə gələcək.
Elvin Məmişzadə (52 kq) Avropa Oyunlarında məğlub etdiyi Hamza Toubayla (Almaniya) üz-üzə gəlib. Boksçumuz bu dəfə də rəqibinə heç bir şans verməyərək, inamlı qələbə qazanıb - 3:0. Məmişzadə 1/4 finalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq.
Dünya və Avropa çempionu Albert Səlimov da (60 kq) 1/4 final mərhələsinə vəsiqə qazanıb. Millimizin üzvü 1/8 finalda irlandiyalı Sean Makkombla görüşdə çətinliklə də olsa qalib gəlib - 2:1. Səlimov sabah axşam proqramında fransalı Sofian Oumiha ilə qarşılaşacaq.
Pərviz Bağırov (69 kq) dünya çempionatının 1/8 final mərhələsində Kuba təmsilçisi Roniel İqlesiasla üz-üzə gəlib. Pekin Olimpiadasının bürünc, London Olimpiadasının isə qızıl medalçısı olan İqlesas üzərində 2:1 hesablı qələbə qazanan boksçumuz yarımfinala adlayıb. Bağırov bu mərhələdə qazaxıstanlı Daniyar Elesuinovla qarşılacaq.
Təəssüff ki, Teymur Məmmədov ümidləri doğrultmayıb. Olimpiya oyunlarının mükafatçısı rusiyalı Pavel Silyaginlə döyüşdən məğlub ayrılıb.
Qeyd edək ki, 4 təmsilçimizdən yalnız Abdulqadir Abdullayev bu gün rinqə çıxacaq. Qalan 3 boksçumuzun döyüşü sabah olacaq.
Abdulqadir Abdullayev (91 kq) - Erislandi Savonla (Kuba)
Elvin Məmişzadə (52 kq) - Hamza Toubayla (Almaniya)
Albert Səlimov (60 kq) - Sean Makkomb (İrlandiya)
Pərviz Bağırov (69 kq) - Daniyar Elesuinov (Qazaxıstan)
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı