"Qələbə asan başa gəlmədi" – Bonuççi

"Qələbə asan başa gəlmədi" – Bonuççi
XƏBƏR 11 Oktyabr 2015 / 13:14 3267
-  A +

"Azərbaycanla matçda favorit kimi göstərilsək də, qələbə asan başa  gəlmədi. İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. Amma bu matçda bizə qələbə vacib idi. Ona görə də sonadək mübarizə apardıq və 3 xalı götürdük“. 

Bu sözləri Qol.Az-a açıqlamasında İtaliya millisinin futbolçusu Leonardo Bonuççi "Avro-2016"nın seçmə mərhələsində yığmamıza qalib gəldikləri oyundan sonra (3:1) sonra deyib.

İtaliyalı futbolçu “Avro-2016”nın final mərhələsinə vəsiqə qazanmaq üçün əllərindən gələni etdiklərini söyləyib: "Sevindirici haldır ki, Fransaya vəsiqəni vaxtından əvvəl təmin edə bildik. Azərbaycanın vurduğu qola gəlincə, Kyellini topu mənə ötürəndə, saxlaya bilmədim və rəqib səhvimizdən istifadə edib bərabərlik topunu vurdu. Amma biz toparlana bildik və ardınca iki qol vurduq”.

Bonuççi Azərbaycanın güclü rəqib olduğunu da qeyd edib: "Azərbaycan millisi meydanda yaxşı mübarizə aparırdı. İlk oyunla müqayisədə onlarda çox dəyişiklik var. Artıq yaxşı müdafiə olunmaqla yanaşı, hücumda da  təhlükəli olurlar. Robert Prosineçki ilə Azərbaycan millisi gələcəkdə daha böyük uğurlar əldə edəcək".

Son xəbərlər