"Neftçi"nin Müşahidə Şurasının iclası keçirildi
Bu gün "Neftçi"nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, görüşdə şura üzvlərinə bir sıra məsələlərlə bağlı hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib:
1. "Neftçi" PFK-nın əsas komandasının nəticələri və hazırki durumu ilə bağlı hesabat verilib və komandanın son oyunlardakı çıxışı müzakirə olunub.
2. “Neftçi” PFK-nın əvəzedici komandasının çıxışı, futbol akademiyasının fəaliyyəti ilə bağlı hesabat təqdim olunub və aşağı yaş qrupu komandalarının formalaşması müzakirə olunub.
3. Klubun bəzi maliyyə məsələləri müzakirə olunub və gələn həftə yeni titul sponsoru ilə imzalanacaq müqavilə barəsində müzakirələr edilib.
4. Bakının müxtəlif rayonlarında yerləşən məktəblərdə aparılan iş barədə şura üzvlərinə hesabat təqdim edilib.
5. Azarkeşlərlə aparılan iş barədə şura üzvlərinə hesabat verilib və komandanın oyunlarına daha çox azarkeşin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
6. “Neftçi”PFK-nın ev oyunlarının təşkli, elektron bilet satışı barədə hesabat verilib və gələcəkdə yeni sayt vasitəsilə onlayn satışın həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
7. “Neftçi” PFK-nın üzvlük kartları layihəsinin icrası ilə bağlı hesabat verilib və layihənin genişləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib. (“Neftçi” PFK indiyədək üzvlük kartlarından 11,428 AZN məbləğində gəlir əldə edib.)
8. “Neftçi” PFK-nın infrakstrukturu ilə bağlı məsələlər müzakirə edilib və yeni baza layihəsinin qısa müddətdə hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib.
9. Braziliyanın “Fluminense” klubunun nümayəndəsinin gələn həftə Bakıya səfəri planı şura üzvlərinə təqdim edilib.
10. Emil Mpenza məsələsi ilə bilavasitə məşğul olan ispaniyalı vəkil Jozef Vandellas iclasda iştirak edib. Təcrübəli vəkil prosesin gedişatı ilə bağlı şura üzvlərinə məlumat verib.
Qeyd edək ki, proses üzrə İdman Arbitraj Məhkəməsində (CAS) dinləmələr 22 oktyabr tarixində İsveçrənin Lozanna şəhərində baş tutacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı