"Azərbaycan millisinin güclü tərəflərini bilirik. Bakıdakı görüşdə onlar standart vəziyyətlərdən bizə problem yaratdılar".
Qol.Az-ın məlumatına görə, bu sözləri Avstriyanın U-21 yığmasının baş məşqçisi Verner Qreqorits "Avro-2017"nin seçmə mərhələsində bu gün qarşılaşacaqları millimizlə oyun haqda danışarkən deyib.
Avstriya mətbuatına danışan Qreqorits Azərbaycan millisinin yaxşı müdafiə olunduğunu bildirib: "Azərbaycan yığması çox yaxşı müdafiə olunur. Ancaq bu müdafiəni yara biləcək xeyli texnikalı futbolçumuz var.
Keçirdiyimiz ilk iki görüşdən maksimum nəticə ilə ayrıldıq və hazırda turnir cədvəlinə başçılıq edirik. Liderliyimizi qorumaq üçün Azərbaycanla görüşdə də qələbə qazanmalıyıq. Sankt-Pölten bizim üçün yaxşı məkandır. "NV Arena"da keçiriləcək oyunu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, azarkeşlərimiz də bizi tək qoymayacaqlar".
Qeyd edək ki, Sankt-Polten şəhərinin “MV Arena” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu