"Qəbələ" "Qarabağ"la qarşılaşacaq

"Qəbələ" "Qarabağ"la qarşılaşacaq
XƏBƏR 9 Oktyabr 2015 / 04:17 6890
-  A +

Azərbaycan Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üç günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar”ın dünənki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub.

Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun komandası milli komandalarımızın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq.  

"Qəbələ" oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Son xəbərlər