Qətərdə keçirilən boks üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib.
Qol.Az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, ilk olaraq boksçularımızdan 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb. Seçməmizin üzvü əlcəzairli Abdelkader Çadi ilə üz-üzə gəlib. Hər 3 raundda inamlı təsir bağışlayan Sotomayor 3:0 hesabı ilə qalib gəlib. Boksçumuz 1/4 final mərhələsində 2015-ci ilin Avropa çempionu rusiyalı Vitali Dunyavtsevlə qarşılaşacaq. Dunyavtsev bu gün Böyük Britaniya nümayəndəsi Pat Makkormakı məğlub edib. Sotomayorla Dunyavtsev oktyabrın 10-da qarşı-qarşıya gələcək.
Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına qələbə ilə başlayıb. Amma bu boksçumuza heç də asan başa gəlməyib. Millimizin üzvü Əlcəzairin digər təmsilçisi Çouaib Boulodiantsa döyüşdə 1-ci raundda 2 dəfə noqdauna düşüb. Amma ikinci hissədə özünə gələn Abdullayev bu dəfə rəqibi iki dəfə noqdauna salıb. 3-cü raunddan sonra hakimlər boksçumuz qələbəsini qeydə alıblar - 3:0. Boksçumuzun 1/4 finaldakı rəqibi argentinalı Yamil Peralta Jara olacaq. Həmin görüş oktyabrın 10-da keçiriləcək.
Bu gün axşam proqramında daha iki həmyerlimiz - Rüfət Hüseynov (49 kq) və Tayfur Əliyev (56 kq) rinqə çıxacaq. Hüseynov Hasanboy Dusmatovla (Özbəkistan), Əliyev isə İderkhuu Enhjarqalla qarşılaşacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video