"Sözsüz ki, bəzən hakimliklə bağlı səhvlər olur. Əfsuslar olsun ki, o səhvlər rəhbərlərin boynuna yaxılır. Amma elə deyil".
Qol.Az-ın "Report"a istinadən yaydığı məlumata görə, bunu Azərbaycan Kubokunun püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
R.Musayev bu mövsümün də narazılıq olmadan başa vurmağa çalışacaqlarını bildirib: "Birinci il deyil ki, futboldayıq və həmişə çalışmışıq ki, ədalətli oyun olsun. Mənə elə gəlir ki, keçən ilki final oyununda heç bir narazıçılıq olmadı. Çalışacağıq ki, bu il də belə olsun".
PFL prezidenti hakimlərin qərəzli olmasına dair yazılara etiraz edib. "Bəzi mətbuat yazır ki, hakimlər qərəzli mövqe göstərir. İnanın ki, bu, belə deyil" - deyən funksioner "Hakim də insandır, səhv edə bilər. Ancaq biz ona bəraət qazandırmırıq", söyləyib.
R.Musayev "İnter" - "Qarabağ" matçında Elvin Əsgərovun təyin etdiyi və qonaqların qəsdən kənara vurduğu penaltidən də danışıb: "3 gün öncə hakimlərlə görüşdük, müzakirələr oldu. Bir epizod üzərində bütün hakimlərin fikrini öyrəndik. Sözsüz ki, fikirlər haçalandı. Ancaq qanun birdir və qərar bir dənə olmalıdır. Eyni epizodda hakimlərin yarısı penalti olduğunu, yarısı olmadığını dedi. Hakim də insandır və ani olaraq qərar qəbul edir. Biz isə monitor qarşısında bir epizoda yüz dəfə baxırıq. Mənim deməyim odur ki, hadisə olmasın, olursa, başqa istiqamətə yönləndirilməsin".
PFL prezidenti hazırkı AFFA rəhbərliyinin vaxtında sifarişlə oyunların idarə olunma hallarının olmadığını bir daha vurğulayıb: "Gəlin, olmayan şeyi danışmayaq. Bəzən klub rəhbəri zəng vurur ki, Ramin müəllim, deyirlər filan komandanı qabağa çəkirlər. Deyirlər "Qarabağ"a kömək edirlər. Yaxşı futbol mütəxəssisisənsə, məşqi səhvindən, oyundan, futbolçudan danış. Hər birimizin məqsədi ədalətlilikdir. İstənilən klub nümayəndəsi, jurnalist həmin hakimlərin oyunsonrası toplantısında iştirak edə bilərlər. İndi fasilədir. Hansı epizodla hakimlə bağlı narazılığınız varsa, deyin. Göndərim hakimi, danışın. Deyin, burda niyə bu qərarı vermisən? Bizə əyri yolla qazanılan pul lazım deyil. Onsuz da sağ olsun azarkeşlər, stadionu butulkalarla doldururlar".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü