Azərbaycan Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la qarşılaşmasından (6:0) sonra məşqlərinə ara verən “Qəbələ” sabah hazırlıqlara start verəcək.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, otyabrın 4-dəki oyundan sonra ilk məşqinə çıxacaq “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələcək. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə səbəbindən verilən istirahət müddətində vətəninə yollanan bəzi legionerlər də geri dönərək məşqlərə qatılacaq. Komandanın hazırlığında yığmaların düşərgəsində olanlar iştirak etməyəcək. Axşam məşqi ilə start götürəcək hazırlıqlar gündə bir dəfə olmaqla davam etdiriləcək.
Xatırladaq ki, “Qəbələ”nin futbolçularından Rəşad Sadiqov, Ruslan Abışov, Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov Azərbaycanın əsas, Elvin Camalov U-21 komandasına çağırılıb. Legionerlərdən Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya yığmasının düşərgəsindədir. “Qəbələ” Premyer Liqanın VIII turunun oyununu oktyabrın 18-də keçirəcək. Komanda həmin gün səfərdə “Neftçi” ilə qarşılaşacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü