Əfsanəvi futbolçu sağalmaz xəstəliyə tutulub

Əfsanəvi futbolçu sağalmaz xəstəliyə tutulub
XƏBƏR 7 Oktyabr 2015 / 02:21 8575
-  A +

Alman futbolunun canlı əfsanəsi Herd Müller ağır xəstəliyə tutulub.

Qol.Az-ın məlumatına görə, “Bavariya”nın keçmiş futbolçusu alsheymer xəstəliyi ilə mübarizə aparır. 

Bu barədə Almaniya mətbuatı xəbər yayıb. 

Əfsanəvi futbolçunun ailəsindən bildiriblər ki, keçmiş forvard  70 illik yubileyi ilə bağlı tədbirdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, noyabrın 3-də  Müllerin 70 yaşı tamam olacaq.

Son xəbərlər