Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Boksçumuz dünya çempionatına qələbə ilə başladı
XƏBƏR 6 Oktyabr 2015 / 18:45 2479
-  A +

Bu gün Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı başlayıb. 

Qol.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, boksçularımızdan ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb. 

Milli komandamızın üzvü kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq. Dünya çempionatının debütantı 49 kq-da mübarizə aparan Rüfət Hüseynov isə axşam proqramında mərakeşli İmad Ahyounla qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatında ölkəmizi təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.  

Son xəbərlər