"Trabzonspor"un gürcüstanlı baş məşqçisi Şota Arveladze vətənində etirazla üzləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Şota qardaşı Revaz Arveladzenin də namizəd olduğu Gürcüstan Futbol Federasiyasına keçirilən seçkilərdə iştirak etmək üçün vətəninə gedib.
Ş.Arveladze jurnalistlərin suallarını cavablandırdığı vaxt rəqib namizəd Levan Kobiaşvilinin tərəfdarlarının etirazı ilə üzləşib. Bundan sonra "Dinamo" (Tiflis) klubunun prezidenti Roman Pipiya ilə Arveladze arasında mübahisə yaranıb. Ətrafdakıların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Gürcüstan Futbol Federasiyasına keçirilən seçkilərdə 3 səs fərqi ilə Levan Kobiaşvili qalib gəlib.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu