"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk öncə millimizin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı baş tutacaq.
Xorvatiyalı mütəxəssis saat 18:45-də jurnalistlərin suallarını cavablandıracaq. 19:15-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.
İtaliya millisinin baş məşqçisi Antonio Kontenin mətbuat konfransı saat 21:00-da başlayacaq. Bundan 1 saat öncə isə Konte komandasını ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxaracaq.
Qeyd edək ki, hər iki komandanın məşqi və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı