"Dodonun qolunun sayılmaması mənə çatmadı" – Pereyra

"Dodonun qolunun sayılmaması mənə çatmadı" – Pereyra
XƏBƏR 2 Oktyabr 2015 / 03:05 10046
-  A +

"Elə bir matç idi ki, oyun ərzində şans hər iki komandaya tərəf dönürdü. Biz də qalib gələ bilərdik, onlar da. Amma Dodonun vurduğu ikinci qolun oyundan kənar vəziyyət sayılması mənə çatmadı. Belə bir matçdan xalsız ayrıldığımız üçün çox məyusuq"

Bu sözləri Qol.Az-ın Krasnodara ezam olunmuş müxbirinə açıqlamasında "Qəbələ"nin futbolçusu Fakunda Pereyra deyib.

Argentinalı hücumçu Avropa Liqasının qrup mərhələsində "Krasnodar"a 1:2 hesabı ilə uduzduqları görüşdə komandasının zəif çıxış etmədiyini bildirib: "Rəqib komandanın müdafiə xəttində boşluqlar çox idi. Kim necə düşünür bilmirəm, amma biz bu matçda zəif çıxış etmədik.

Ola bilər ki, ilk hissədə oyuna kifayət qədər köklənə bilməmişdik. Amma ikinci hissədə öz səhvimizi düzəltdik. Demək olar ki, matçın ikinci hissəsi bizim nəzarətimiz altında keçdi. Hətta bir neçə qol imkanımız da oldu. Amma əks hücumlardan istifadə edə bilmədik. Çalışacağıq buraxdığımız səhvlərin üzərində işləyək. Qarşıdakı matçlara daha yaxşı hazırlaşmalıyıq".

Son xəbərlər