Zenyov: "İkinci hissədə əla oynadıq"

Zenyov: "İkinci hissədə əla oynadıq"
XƏBƏR 2 Oktyabr 2015 / 02:45 3101
-  A +

"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsində səfərdə "Krasnodar"a uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.

Estoniyalı futbolçu Qol.Az-ın Krasnodara ezam olunmuş müxbirinə açıqlamasında komandasının ikinci hissədə əla oynadığını bildirib:

"İkinci hissədə əla oynadıq. Hətta Dodo 2-ci qolu vursa da, oyundan kənar vəziyyət qeydə alındı. Məncə, orada qayda pozuntusu yox idi. Hər şeyi unudub, qarşıdakı oyunlar haqda fikirləşəcəyik".

Son xəbərlər