"Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Albaniya - Serbiya qarşılaşmasında stadiona qonaq komandanın azarkeşləri buraxılmayacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Albaniya Futbol Federasiyasının mətbuat katibi İlir Şulku məlumat verib. O deyib ki, hər hansı bir xoşagəlməz hadisənin qarşısının alınması üçün bu qərar verilib. İ.Şulkunun sözlərinə görə, qonaq komandadan sadəcə 70 şagirdin stadiona girişinə icazə veriləcək.
Qeyd edək ki, bu milli komandalar arasıda keçirilən ilk matçın 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Serbiyalı müdafiəçi Stefan Mitroviçin həmin bayrağı yığışdırmaq istəməsindən sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.
Əlabə edək ki, Albaniya - Serbiya görüşü oktyabrın 8-i keçiriləcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası