Bu gün Azərbaycanın tanınmış idman portallarından olan derbi.az saytı üçün əlamətdar gündür. Ötən ilin məhz bu günündə adıçəkilən sayt oxucuların görüşünə gəlib.
Derbi.Az-ın baş redaktoru İlkin Sultanlı Qol.Az-ın müxbiri ilə söhbətində saytın yaranma zərurətindən və qarşıya qoyulan hədəflərdən danışıb:
“Əslində çoxdandır idman portalı açmaq fikrindəydim. Dostum Rüfət Qüdrətli ilə birgə qərar verdik və derbi.az-ı yaratdıq. İngilis dilli ilk idman portalı yaratmaq fikrim var idi. Lakin sonradan bunun indiki vaxtda çox çətin olduğunu anladım və ilk illər Azərbaycan dilində fəaliyyət göstərməyə qərar verdik. Lakin, qısa müddət ərzində bu arzumuzu reallaşdıracağıq. Qarşıdakı illər saytda rus və ingilis dili bölmələri olacaq. Applikasiya promqamı da hazırlamağı planlaşdırırıq”.
İlkin Sultanlı derbi.az-ın oxucularını yeniliklər gözlədiyini bildirib:“Saytımızın məqsədi bütün idman növlərindən oxuculara xəbər verməkdir. Bu istiqamətdə hazırda addımlar da atırıq. Müəyyən rubriklar hazırlayırıq ki, idmançılar və məşqçilər öz fikirlərini rahat şəkildə bizimlə bölüşə bilir”.
Qol.Az derbi.az saytını bir yaşının tamam olması münasibəti ilə təbrik edir, saytın kollektivinə yeni-yeni uğurlar arzulayır.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası