Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) 2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtını dəyişdirib.
Qol.Az-ın "Report"a istinadən məlumatına görə, FİA paytaxt küçələrində təşkil olunacaq yarışı gələn il 19 iyuna salıb.
Halbuki, ilkin siyahıda bu Qran Prinin iyulun 17-də baş tutacağı bildirilirdi. FİA bu addımı Bakı mərhələsinin 24 saat Le Man rallisi ilə üst-üstə düşməməsi üçün atdığını bəyan edib.
Qeyd edək ki, "Formula-1"də 2016-cı il mövsümünün startı martın 20-də Melburn Qran Prisi ilə veriləcək. Bakıdakı yarışadək Bəhreyn (3 aprel), Şanxay (17 aprel), Soçi (1 may), Barselona (15 may), Monte-Karlo (29 may) və Monreal (12 iyun) Qran Priləri də keçiriləcək. Qalibin adı mövsüm ərzində keçiriləcək 21 Qran Prinin yekununda məlum olacaq.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası