Cüneyt Çakır cəzalandırılacaq

Cüneyt Çakır cəzalandırılacaq
XƏBƏR 23 Sentyabr 2015 / 21:10 7787
-  A +

Məşhur türkiyəli hakim Cüneyt Çakırı  cəza gözləyir.

Qol.Az-ın məlumatına görə, superliqanın son turunda “Trabzonspor” – “Qalatasaray” matçını idarə edən referi  kobud səhvə yol verdiyi üçün Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılacaq.

“Qalatasaray”ın futbolçusunun cərimə meydançasında əli ilə oynadığı epizodu düzgün qiymətləndirməyən tanınmış referi ən azı 15 gün "istirahət" etməli olacaq.

Qeyd edək ki, sözügedən oyun “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Çakırın səhvə yol verdiyi həmin epizod


Son xəbərlər