Ançelotti "Liverpul"u çalışdıra bilər

Ançelotti "Liverpul"u çalışdıra bilər
XƏBƏR 23 Sentyabr 2015 / 19:30 4385
-  A +

Madrid “Real”ının sabiq baş məşqçisi Karlo Ançelotti yenidən İngiltərədə çalışa bilər.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı  xəbərə görə, italiyalı mütəxəssis Liverpul” rəhbərliyi ilə danışıq aparır. 

İngiltərə klubunun rəhbərliyi hazırkı baş məşqçi Brendan Rocerslə yolları ayırmaq qərarına gəlib. Bu barədə Britaniya mətbuatı yazıb. Hazırda Rocersin komandası 6 matçda 8 xal toplayıb ki, bu nəticə rəhbərliyi qane etmir.

Ançelotti “Liverpul”un təklifini qəbul edərsə, yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, vaxtilə  “Yuventus”, “Milan” “Çelsi”, PSJ, “Real” və digər klubları çalışdırmış 56 yaşlı mütəxəssis hazırda işsizdir.

Son xəbərlər