“AZAL-Arena”nın süni örtüklü meydançasında yaranan problem üzündən Premyer Liqanın oyunlarını “Dalga Arena”da keçirən AZAL yenidən dögma stadiona qayıda bilər.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən xəbərə görə, avqustun əvvəllərindən idman qurgusunda aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Artıq meydançada olan nasazlıqlar ardan qaldırılıb. Yaxınlarda xaricdən dəvət olunan əcnəbi mütəxəssis də görülən işlərdən razı qalıb. Onun verdiyi müvafiq təlimatlara tam əməl olunub. 2010-cu ildə bu süni örtüyü meydançaya döşəmiş Hollandiyanın “EDEL GRASS” şirkətinin baş mütəxəssisi Berri Bey iki həftə əvvəl “AZAL-Arena”nın təftiş edərək labarator müayinə üçün meydançadan nümunələr götürmüşdü. Otun keyfiyyətinin və ölçülərinin müfaviq normalara cavab verdiyini bildirən hollandiyalı mütəxəssis keyfiyyətdən düşən rezin qum dənəcəklərinin dəyişdirilməsini və stadiona gündəlik xidmətin səviyyəsinin yaxşılaşdırılmasını məsləhət görmüşdü.
Bu səbəbdən 10 tona yaxın yeni rezin dənəciklər səpilmiş və meydançanın suvarılma intensivliyi artırılıb. Bundan başqa yüklənmənin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb və bir neçə komandanın məşqləri, oyunları başqa stadiona keçirilib. İndi “AZAL-Arena”da yalnız əsas komanda təlim keçir.
Stadionda cari təmir işləri başa çatdıgı üçün klub rəhbərliyi xüsusi komissiya tərəfindən təftiş aparılması üçün PFL-ə rəsmi müraciət etməyi planlaşdırır. Hər halda bayramdan sonra bu baş verəcək. Ona görə də Premyer Liqanın 7-ci turunun AZAL - “Rəvan” matçının Şüvəlanda keçiriləcəyi istisna olunmur.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək