"Bavariya"nın hücumçusu Robert Levandovski "Volfsburq"la matçdan sonra etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, polşalı futbolçu tarixi görüşdə oynanılan topu özü ilə götürüb.
Bu barədə danışan Levandovski deyib: "Fantastik gecə idi. Belə bir rekorda imza atdığım üçün şadam. Həm özüm, həm də "Bavariya" üçün böyük tarix yazmış oldum. Oyundan dərhal sonra topu özümlə götürmək qərarına gəldim. Həmin top kolleksiyalarım arasında xüsusi yer tutacaq".
Qeyd edək ki, Levandovski "Volfsburq"la görüşdə (5:1) 9 dəqiqə ərzində 5 qol vurmaqla Avropa futbolunda yeni rekorda imza atıb.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı