"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" klubu bu gün İngiltərə Liqa kuboku matçına çıxacaq.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, London təmsilçisi əzəli rəqibi "Arsenal"la üz-üzə gələcək.
Lakin "Tottenhem"in üç aparıcı futbolçu bu görüşdə iştirak etməyəcək. Bu barədə danışan klubun baş məşqçisi Maurisio Poçettino itkilərə baxmayaraq, komandasının qələbəyə oynayacağını bildirib:
"Rayan Meyson, Nabil Bentaleb və Musa Dembele zədə səbəbindən bugünkü görüşdə oynamayacaqlar. Lakin onlar sağalmaq üzrədirlər. Oyuna gəlincə, "Arsenal"la görüşlərimiz hər zaman xüsusi önəm daşıyır. İstər liqa kuboku, istər Premyer Liqa, istərsə də digər turnir olsun. Bu derbi həm bizim, həm də azarkeşlərimiz üçün önəmlidir. İtkilərə baxmayaraq, yalnız qələbəyə oynayacağıq. Başqa yolumuz yoxdur".
Qeyd edək ki, "Tottenhem" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı