Dieqo Kostanın cəzası bəlli oldu

Dieqo Kostanın cəzası bəlli oldu
XƏBƏR 23 Sentyabr 2015 / 00:50 6337
-  A +

İngiltere Futbol Federasiyası “Arsenal”la maçda etdiyi kobud hərəkətə görə “Çelsi”nin futbolçusu Dieqo Kostanı cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı forvard üç oyunluq cəza alıb.

Qeyd edək ki, Premyer Liqanın son turunda “Arsenal”la oyunun 43-cü dəqiqəsində Kosta rəqib futbolçusu Lorent Kosielninin üzünə əli ilə vurub. Bu duruma sərt reaksiya verən “Arsenal”ın digər futbolçusu Qabriel ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub, Kosta isə oyuna davam edib.

Son xəbərlər