"Qarabağ" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı

"Qarabağ" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı
XƏBƏR 22 Sentyabr 2015 / 18:30 5220
-  A +

Premyer Liqanın VI turunda “Neftçi”  ilə qarşılaşacaq “Qarabağ” bu matçın hazırlıqlarına başlayıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə qarşılaşmadan sonra birbaşa Gəncəyə yollanan Ağdam təmsilçisi  bazar günü “Kəpəz”lə qarşılaşmadan sonra Bakıya dönüb və bir gün istirahət edib. Qurban Qurbanovun komandası bu gün klubun yeni bazasında məşq edib.

 Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu  sentyabrın 26-da keçiriləcək.

Son xəbərlər