“Qəbələ”nin uğuru üçün əlimdən gələni edəcəm”

“Qəbələ”nin uğuru üçün əlimdən gələni edəcəm”
XƏBƏR 22 Sentyabr 2015 / 16:00 5099
-  A +

“Bu gündən “Qəbələ”də işə başlayıram. Çox xoşbəxtəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin kommersiya direktoru təyin olunan  Mustafa Aztopal deyib.

Yeni təyinatı haqda danışan türkiyəli iş adamı “Qəbələ”nin uğurları üçün çalışacağını bildirib: “Tanışlığımız bir il öncəyə təsadüf edir. Bundan öncə Fariz Nəcəfov və Səməd Nəsibovla  tanış olmuşdum. Daha sonra Antalya toplamışında onlarla görüşdüm. Ötən həftə klub prezidenti Tale Heydərovla  görüşümüz oldu. “Qəbələ”nin uğuru üçün əlimdən gələni edəcəyəm”.

Son xəbərlər