"Yuventus" ciddi itki ilə üzləşib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Mario Mandzukiç zədələnib.
"Genua" ilə A Seriyasının oyununda zədə alan xorvatiyalı futbolçu 83-cü dəqiqədə əvəzlənib. Tibbi müayinədən keçən futbolçunun 20 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Mandzukiç A Seriyasında 3, Çempionlar Liqasında isə bir oyunda iştirak edə bilməyəcək. "Avro-2016"nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Xorvatiya yığması da Bolqarıstan və Malta ilə görüşlərdə 29 yaşlı futbolçunun xidmətindən yararlana bilməyəcək.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər