"Bakıdakı oyunun nəticəsindən narazıyam. Ancaq bütün gücümüzlə Azərbaycanla cavab görüşünə hazırlaşırıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki deyib.
Slovakiya mətbuatına danışan Berki "Avro-2016"nın pley-off mərhələsinin cavab görüşü çərçivəsində bu axşam qarşılaşacaqları Azərbaycanla oyun haqda bunları deyib:
"Azərbaycana qarşı necə oynamalı olduğumuzu bilirik. Rəqib əsasən oyununu əks-hücumlar üzərində qurur. İlk maçtda bunun şahidi olduq. Bu axşam açıq oyun nümayiş etdirəcəyik, ancaq kor-koranə hücuma atılmayacağıq. Rəqibin qapısına tez-tez zərbələr endirməliyik. Azərbaycan millisinin müdafiəsini yara bilərik. Oyunçularım da axşamkı görüşə kökləniblər. İnanıram ki, azarkeşlərimizin də dəstəyi sayəsində yaxşı nəticə qazanacağıq".
Qeyd edək ki, Serbiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda bu axşam baş tutacaq Slovakiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək