Van Persidən baş məşqçisinə hörmətsizlik
“Fənərbaxça”nın futbolçusu Robin van Persi ilə baş məşqçisi Vitor Pereyra arasında narazılıq yaşanıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, superliqanın son turunda “Bursaspor”la oyunun start heyətində yer almaması hollandiyalı hücumçunun kəskin etirazına səbəb olub.
Matçın 77-ci dəqiqəsində Pereyra Van Persini meydana buraxmaq üçün yanına çağırıb. O, ulduz futbolçuya təlimat vermək istəyərkən Van Persi əl işarəsi ilə onsuz da köməkçi məşqçilərdən tapşırıqlar aldığını bildirib.
Oyundan sonra portuqaliyalı mütəxəssisin paltardəyişmə otağında futbolçularla söhbəti zamanı Van Persi ona etiraz əlaməti olaraq duş qəbul etməyə yollanıb.
Pereyra isə Van Persinin hərəkərlərinə belə münasibət bildirib: “Mən heyəti rəqibə görə qururam. Kim daha yaxşı formada olursa, ona şans verirəm. Mənim üçün ulduz və ya gənc futbolçunun bir fərqi yoxdur. Hər kəs qərarlarıma tabe olmalıdır”.