Azərbaycan kanoe-slalom növündə ilk dəfə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Qol.Az-ın məlumatına görə, Böyük Britaniyanın paytaxtı Londonda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kanoe-slalom üzrə dünya çempionatı keçirilib. Nüfuzlu reqatada Azərbaycanı Yure Meqliç təmsil edib.
31 yaşlı idmançı kişilər arasında 1 nəfərlik kayak qayığı ilə mübarizə aparıb. O, seçmə mərhələdə 83,73 xalla 11-ci yeri tutaraq, yarımfinala yüksəlib. Növbəti mərhələdə Meqliç 95,20 xalla 14-cü olub. Bu nəticə ilə Azərbaycan təmsilçi final mərhələsindən kənarda qalıb. Lakin Meqliç 15 ən güclü kanoe-slalomçu sırasına düşdüyündən, reqlamentə əsasən, olimpiadaya lisenziya qazanıb.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər