Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən dünya kubokunun 1/4 finalına vəsiqə qazanıb.
30 yaşlı zəka ustası 1/8 finalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edib.
Ş.Məmmədyarov ötən gün ağ fiqurlarla yendiyi F.Karuana ilə bu gün qara fiqurlarla heç-heçə edib. Beləliklə, iki görüşün yekununda 1,5:0,5 hesablı üstünlük əldə edən təşkilatçı ölkə şahmatçısı adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovun 1/4 finaldakı rəqibi rusiyalı Sergey Karyakinlə Dmitri Andreykin arasında keçirilən görüşün qalibi olacaq ("Report").
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər