"Armenteros "Qarabağ"da 9 günə "Anderlext"də vurduğu qoldan çox qol vurub"

"Armenteros "Qarabağ"da 9 günə "Anderlext"də vurduğu qoldan çox qol vurub"
XƏBƏR 21 Sentyabr 2015 / 14:20 10377
-  A +

“Qarabağ”ın yeni transferi Samuel Armenteros Azərbaycan çempionatında keçirdiyi ikinci görüşdə aktivinə 2-ci qolu yazdırıb.

İsveçli hücumçu “Xəzər Lənkəran”la matçda olduğu kimi, “Kəpəz”lə görüşdə də sonradan meydana daxil olaraq, rəqib qapısına yol tapıb.
 
25 yaşlı futbolçunun məhsuldarlığı Hollandiya mətbuatının da diqqətini cəlb edib. Armenteros “Anderlext”in futbolçusu olduğu dönəmdə icarə əsasında “Feyenoord” və “Villem II“ klublarında çıxış etdiyindən, hollandlar onun “Qarabağ”dakı karyerasını diqqətdə saxlayırlar.
 
Hollandiyanın voetbalkrant.com saytı Armenterosun “Anderlext”də heç cür etimadı doğrultmadığını yada salmaqla yanaşı, onun hazırda “Qarabağ”da əla çıxış etdiyini yazıb. “Armenteros “Qarabağ”da 9 günə “Anderlext”də vurduğu qoldan çox qol vurub” cümləsini qeyd edən həmkarlarımız isveçli futbolçunun hazırda əla formada olduğunu bildiriblər.
 
Armenterosun özü isə “Kəpəz”lə oyunda vurduğu qolun sevincini sosial şəbəkədə pərəstişkarları ilə belə bölüşüb: “Qarabağ”da 2-ci oyun, 2-ci qol. Yaxşı oyun və vacib 3 xal” (apasport.az).
 

Son xəbərlər