"Oyuna yaxşı başladıq. Penalti vurmaq hüququ qazandıq. Ancaq təəssüf ki, yararlana bilmədim. Qapıçı hara topu hara vuracağımı oxudu. Buna baxmayaraq, komanda ruhdan düşmədi və mənə dəstək oldu".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Araz Abdullayev Premyer Liqanın 5-ci turunda "Xəzər Lənkəran"la 1:1 bərabərə qaldıqları oyundan sonra "CBC" kanalına açıqlamasında deyib.
A.Abdullayev meydana üç xal üçün çıxdıqlarını bildirib: "Komandanın uğuru üçün əlimdən gələni etdik. Üç xal qazanmaq istəyirdik. Lakin bütün təzyiqlərə baxmayaraq, ikinci qolu vura bilmədik. Çalışacağıq ki, qarşıdakı görüşlərdə qələbə qazanaq".
Qeyd edək ki, matçın 5-ci dəqiqəsində penaltidən yararlana bilməyən Araz Abdullayev 58-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Oyun isə 1:1 hesabı ilə başa çatıb.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər