Milli komandamızın keçmiş üzvü, bir müddətdirdir futboldan kəanr qalan Zaur Ramazanovun müsahibəsi
- Zaur, görünmürsən, haralardasan?
- Bir az nasazam, müalicə olunuram. özümü qışa hazırlayıram.
- Futbol barəsində nə yenilik var?
- Hazırda fərdi məşq edirəm. Elə bir az olar ki, məşqdən çıxmışam. Düzdür, klubla birgə hazırlaşmağın faydası daha çoxdur. Amma belə hallar da qaçılmazdır.
- Hazırda “Standard”ın heyətində olmalı idin. Amma Sumqayıt klubunun məşqlərində səni görmürük. Bunu necə izah edə bilərsən?
- Bəli, “Standard”ın heyətində olmalı idim. Lakin hazırda tək məşq edirəm. Açığını deyim, “Standard” mənlik deyil. Qalmağa razılıq versəydim belə, meydançada əvvəlki oyunumu sərgiləyə bilməyəcəkdim. Oraya öyrəşə bilməzdim.
- Qışda karyeranı bərpa edəcəksənmi?
- Əlbəttə.
- Necə fikirləşirsən, belə vəziyyətdə səninlə hər hansı bir iddialı klub maraqlanacaqmı?
- Hazırda klubsuz deyiləm, “Qarabağ”ın futbolçusuyam. Onlarla bağladığım müqavilənin müddəti davam edir. Sadəcə, mən oynamağa hələlik hazır deyiləm. Buna görə də komanda ilə birgə hazırlaşmıram.
- Avropa Liqasından öncə nə baş verdi?
- Mən xəstə olduğuma görə, Bakıda qalmağa qərar vermişdim. Qurbanla (”Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov nəzərdə tutulur) münasibətimiz qaydasındadır. Heç bir soyuqluq yoxdur. Elə rəhbərliklə də münasibətimiz normaldır. Məncə, arada müəyyən çatışmazlıqlar olmalıdır.
- Yəni qışda “Qarabağ”a qayıdırsan?
- İndi yalnız bərpa prosesini uğurla başa çatdırmaq barəsində fikirləşirəm. Sonrası yaxşı olacaq.
- Milli komandamız haqqında nə deyə bilərsən?
- Milli komandanın dərdi bir deyil, beş deyil. Başlasam, gərək səhərə qədər danışam. Hərdən içimdə belə bir hiss formalaşır ki, bizim millimiz Avropa və dünya səviyyəli komandalarla heç vaxt eyni gücdə olmayacaq.
- Amma bəzi mütəxəssislər millinin son oyunlarda parlaq çıxış etdiyini deyirlər. Onlar əsasən nəzərləri Rusiya və Lixtenşteynə qarşı oyunlarda qeydə alınan nəticələrə yönəldirlər...
- Hərənin öz fikri var. Biz buna hörmətlə yanaşmalıyıq. Mənim fikrimcə, biz düz yolda deyilik və belə inkişaf olmaz. Axı, biz nə etmişik? Dünya çempionatının seçmə mərhələsində 5 xal toplamışıq. Bunu əvvəl də edirdik. 5 xalın dördünü Lixtenşteydən, 1-ni isə Rusiyadan almışıq. Lixtenşteyni əvvəl də məğlub etmişik. Təkrarlanan bir şeyə uğur deməyə dilim gəlmir. Lixtenşteyn balaca dövlətdir, 12 əsgəri var, 1 komandiri. Onları məğlub etmək asandır. Rusiya ilə görüşdə isə uşaqlar pis təsir bağışlamadılar. Rəqibə qələbə lazım olsaydı, qazanardı. Onlar Bakıda oynaya-oynaya “pley-off”u düşünürdülər. Bunu hamı bilirdi.
- Dubay turniri haqqında fikirlərin necədir?
- Millimizin Birləşmiş Ərəb Əmirliklərindəki oyunlarını izlədim. İlk oyuna baxanda təəssüf hissi keçirdim. Mən “Xəzər Lənkəran”da oynayanda millinin heyətində İraqla yoxlama görüşündə qüvvəmizi sınamışdıq. 1:1 hesabı ilə başa çatan görüşdə bizim qolumuza mən imza atmışdım. İraq millisinin heyətində yer alan futbolçuların hamısını tanıyırdım. Məşqçilər korpusu heyəti ciddi şəkildə dəyişməmişdilər. Təəssüf ki, millimiz İraqa uduzdu. Zənnimcə, 4 komandanın iştirakı ilə keçirilən turnirdə 3-cü olmaq ciddi uğur sayılmamalıdır. Çexiya ilə görüşün son dəqiqələrində Ernani Pereyranın meydançaya daxil olmasını başa düşə bilmədim. Sonda edilən dəyişiklik yalnız vaxt udmağımız üçün idi. Əgər məşqçilər korpusu ondan bir şey ummurdusa, əvəzinə 16-17 yaşında bir azərbaycanlı gənci meydançaya buraxardı da. O, gənc də beynəlxalq təcrübə toplayardı, futbol oynamağa həvəsi artardı. Heç nə birdən-birə başa gəlmir. Biz də futbolu ondan-bundan öyrənmişik, böyüklərdən dərs götürmüşük. İndiki gənclərin də buna ehtiyacları var.
- Bu gün Azərbaycanda legionerlərin sayı yerli futbolçulardan qat-qat çoxdur. Səncə, legionerlərin ifrat dərəcə çoxluğunun bizə xeyri dəyəcəkmi?
- Azərbaycana legioner yox, “bomj”lar gəlir. ölkəmizdə legioner keyfiyyətlərini özündə birləşdirən futbolçu, demək olar ki, yoxdur. Legioner gərək öz səviyyəsi ilə seçilsin. ürəkağrıdan odur ki, legioner “qoşunu” artıq milli komandaya da hücum çəkib. Millidə oynayan Axtyamovdur da. O, millimizin hücumçusu yox, rəqibin müdafiəçisidir. Bəlkə, düz demirəm?...
Mənbə: “Çempion” qəzeti
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək