Azərbaycan Premyer Liqasının II turunun AZAL-la qarşılaşmasında 2:0 hesabı ilə qalib gələn “Qəbələ” baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında yubiley – 15-ci qələbəsini qazanıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssisin rəhbərliyi altında 2015-ci ilin əvvəlindən çıxış edən “qırmızı-qaralar” 26 görüşün 5-də heç-heçə edib, 6-da uduzub.
“Dalğa Arena”da əldə olunan 3 xalla komandanın uğurlu seriyaları da davam edib. “Qəbələ” bütün yarışlar nəzərə alınmaqla, son 5 matçda məğlub olmamaqla yanaşı, qol vurur. “Qırmızı-qaralar”ın qol vurmadığı, həm də uduzduğu son qarşılaşma iyulun 16-da “Çukariçki” ilə Serbiyadakı görüş olub – 0:1.
Komandamızın son 13 görüşündə isə maraqlı tendensiya müşahidə olunur. “Qəbələ” hər bir oyundan bir – 7 dəfə qalib gəlir.
“Qəbələ”nin Premyer Liqa oyunlarındakı qollu və məğlubiyyətsiz oyunlar seriyası da davam edir. Fevralın 15-də “Neftçi” ilə ev oyununda məğlub olan Qriqorçukun yetirmələri son 14 çempionat oyununda 11 qələbə qazanıb və 3 heç-heçə edib. Ardıcıl 15 Premyer Liqa görüşündə qol vuran “Qəbələ” fevralın 10-da “Simurq”a uduzduqdan (0:2) sonra hər qarşılaşmada rəqib qapısına yol tapır. Bu matçlarda futbolçularımız 29 qola sevinib.
AZAL-la qarşılaşmada iki futbolçu ilk dəfə “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Məhəmməd Mirzəbəyov və Roman Hüseynov “qırmızı-qara” formada debüt ediblər. 2005-ci ildə yaranan klubun tarixində Bakıdakı matçadək 192 oyunçu çıxış etmişdisə, bu rəqəm 194-ə çatıb. Digər iki futbolçu – Dmitri Bezotosnı və Arif Daşdəmirov “Qəbələ”nin heyətində yubiley – 25-ci matçı keçiriblər. Penaltidən rəqib qapısına yol tapan Aleksey Qay 26-cı oyununda yubiley – 5-ci qoluna imza atıb. Oyun sayında rekordçu olan Dodo 5-ci dəfə qarşılaşmaya kapitan kimi çıxıb.
Mirzəbəyov, Hüseynov, həmçinin Vitali Vernidub Premyer Liqada ilk dəfə “Qəbələ” forması geyməklə, buna nail olan oyunçuların sayını 177-yə çatdırıb. Aleksey Antonov isə Premyer Liqada qol hesabını açan 74-cü futbolçumuzdur.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı