"Məğlub olduğumuz üçün məyusam. Amma bizim vəziyyətimizdə başa düşüləndir. Çünki Premyer Liqada bu büdcə ilə nəyəsə nail olmaq çox çətin məsələdir. Premyer Liqada oynayan futbolçunun 200-300 manat maaş almasını eşidəndə bu, məni qayğılandırır. Premyer Liqada belə büdcə ilə işləmək ağırdır".
Qol.Az-ın məlumatına görə, bu sözləri CBC telekanalına AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının ikinci turunda "Qəbələ"yə uduzduqları matçdan (0:2) sonra deyib.
O, komandasının oyunundan razı qaldığını bildirib:
"Qəbələ"nin son altı ayda yüksək səviyyədə futbol oynadığı hamıya bəllidir. Artıq komanda Avropa Liqasında "pley-off"a yüksəlib. Ancaq deməzdim ki, bu gün onlardan geri qaldıq. Hər halda oyun bizim üstünlüyümüzlə keçdi. Komandamdan razı qaldım. Düzdür çatışmazlıqlar çoxdur. Müdafiə və hücum xəttində problemlərimiz var. Bu problemlər son iki oyunda özünü göstərir. Yaradılan qol vəziyyətlərindən istifadə edə bilmirik. Görəcək işimiz çoxdur. Əgər biz AZAL-ın nəyəsə nail olmasını istəyiriksə, komandaya yeni legionerlər cəlb olunmalıdır. Bununla da komanda öz adını, imicini geri qaytara bilər".
T.Əhmədov qapılarına təyin olunan penalti zərbəsinə də münasibət bildirib:
"Yüz faizlik penalti idi. Buna heç kim etiraz edə bilməzdi".
T.Əhmədov çempionatda öz sözlərinı deyəcəklərinə inandığını vurğulayıb:
"Futbolda səhvlər olur. Turnir bir oyundan ibarət deyil. Qarşıda bizi 34 oyun gözləyir. Çempionat yeni başlayıb. Komandamın potensialı var. Bugünkü məğlubiyyəti yox, qarşıdakı oyunları düşünürən. Yaxın zamanlarda AZAL-ın ən yaxşı vaxtlarını görəcəksiniz. Hətta bu büdcə ilə qalsaq da, yenə də biz çempionatda öz sözümüzü deyəcəyik".
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı