“Dnepr”in hücumçusu “Fiorentina”da

“Dnepr”in hücumçusu “Fiorentina”da
XƏBƏR 14 Avqust 2015 / 01:55 6939
-  A +

“Dnepr”in futbolçusu Nikola Kaliniç karyerasını “Fiorentina”da davam etdirəcək.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, xorvatiyalı hücumçu artıq yeni klubunda tibbi baxışdan uğurla keçib.

Yaxın günlərdə 27 yaşlı futbolçu ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, Kaliniç ötən mövsüm Ukrayna Premyer Liqasında 23 oyuna 12 qol vurub.

Son xəbərlər