"Bavariya"nın baş məşqçisi Pep Qvardiola yeni mövsüm öncəsi iddialı açıqlama verib.
Qol.Az-ın Almaniya mətbuatın istinasən yaydığı xəbərə görə, o, yeni mövsümə tam hazır olduqlarını vurğulayıb:
"İlk oyunumuz "Hamburq"a qarşı olacaq. Rəqibimiz uğur qazanmış komandadır. İndi futbolçularımı əvvəlki mövsümlə müqayisədə daha yaxşı tanıyıram. Buna görə də daha sakitəm. Bundesliqa başlayacağı üçün xoşbəxtəm. Özümüzə güvənirik".
P.Qvardiola yeni mövsümdə ən yaxşı oyun nümayiş etdirən futbolçulara şans verəcəyini bildirib:
"Çox çalışan oyunçu oynamaq şansı qazanacaq. Bütün futbolçularımı eyni anda razı salmaq mümkünsüzdür. Komandaya faydalı olacaq oyunçular meydana çıxacaq".
Qeyd edək ki, "Bavariya" - "Hamburq" görüşü sabah keçiriləcək.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı