Klopp "Marsel"in təklifini rədd etdi

Klopp "Marsel"in təklifini rədd etdi
XƏBƏR 11 Avqust 2015 / 14:20 2750
-  A +

Fransa Liqa təmsilçisi "Marsel""Borussiya"nın sabiq baş məşqçisi Yurgen Kloppa təklif göndərib.

Qol.Az-ın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, ancaq bu təklif alman mütəxəssis tərəfindən müsbət cavablandırılmayıb.

Məlumatı Y.Kloppun meneceri Mark Kosiçke təsdiqləyib. O bildirib ki, Y.Klopp hələlik məşqçiliyə qayıtmağı düşünmür.

Qeyd edək ki, Y.Klopp  bu il işləməyəcəyini açıqlayıb.


Son xəbərlər