Qroznıdakı turnirə hazırlıq məşqləri Minskdə nüfuzlu yarışlarda iştirak edən istedadlı döyüşçülər - sparrinq-tərəfdaşlarla keçirilir. Bu barədə "Report"a Azərbaycan döyüşçüsü, K-1 ustası Zabit Səmədov, Qroznıda keçiriləcək turnirdə bosniya və hersoqovinalı rəqibi Dzevad Poturak ilə qarşıdakı döyüşə hazırlığını şərh edərkən bildirib.
Onun sözlərinə görə, fiziki hazırlığa xüsusi diqqət ayrılır: "Turnirə 2 həftə qalıb. Bu günlərdə Qroznıya yollanacam ki, döyüşə 10-12 gün qalmış yerli iqlimə uyğunlaşım. Orada məşqçi ilə hazırlığı davam etdirəcəyik. Bir neçə gün qalmış iş tempi azaldılacaq, ona qədər isə gərgin hazırlıq gedəcək".
Z.Səmədov qeyd edib ki, kiçik zədələri var, lakin onlarla 4-5 döyüşdə iştirak edib: "Ümid edirəm ki, bu döyüşdə onlar heç bir problem yaratmayacaq".
Turnirlə əlaqədər Zabit Səmədov bildirib ki, döyüşlər çətin olacaq: "Sənin adın olduğu hər bir döyüşə sənə qalib gəlmək istəyən döyüşçülər çıxır. Buna görə də asan olmayacaq, lakin ümid edirəm ki, hər şey yaxşı olacaq. Mən bir neçə dəfə Qroznıda turnirdə qonaq olmuşam. Hər şey çox yüksək səviyyədə keçir. Döyüşləri bütün idman kanalları yayımlayır. Turnir yüksək səviyyədə olacaq, çünki Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında keçiriləcək".
Öz rəqibi Dzevad Poturak haqqında azərbaycanlı döyüşçü bildirib ki, o, kifayət qədər təcrübəli idmançıdır, K 1 döyüşlərində çoxdan çıxış edir və kikboksinqin bütün ulduzları ilə döyüşüb: "O, çox təcrübəlidir, hara getdiyini və döyüş zamanı nə etmək lazım gəldiyini bilir. Mən qalib gəlmək üçün bir qədər fənd işlətməli olacağam".
Qeyd edək ki, döyüş Çeçenistanın paytaxtı Qroznı şəhərində avqustun 22-də keçiriləcək. "Mauqli" ləqəbli Zabit Səmədov dünyada peşəkar rinqdə 9 ardıcıl qələbə ilə yadda qalıb. Onun ən böyük uğurları sırasında bir neçə K-1 yarışlarının iştirakçısı, qara kəmər sahibi Makoto Uexara, Türkiyənin yerli idmançısı Mert Akın, Dubayda keçirilən "Global Fighting Championship 3" turnirində Stiv Makkinnon və Konqo-Almaniya əsilli Danyo İlunqa üzərində qələbələri olub.
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu
Azərbaycan millisi çempionata məğlubiyyətlə başladı
“Şahdağ Qusar" I dövrənin qalibi oldu
Obameyanq qəzaya düşdü
İspaniya, Fransa, İngiltərə...
FİFA kiberhücuma məruz qaldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı
Asiya Çempionlar Liqasında hakim oyuna sərxoş çıxıb?
Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
İndi qurulan yığma yox, milli komandadır!
"Trabzonspor" SSKA-ya, "Kayrat" "Myelbyu"ya qarşı
Arda Turan “Şaxtyor”dan ayrıla bilər
Nazir Dambrauskası mükafatlandırdı - Şəkillər
Avropa Liqasında 5-ci tur - Günün oyunları
Meksikada 26 yaşlı futbolçu öldürüldü
“Sabah” – “Barselona” oyununda faciəvi hadisə
"Barselona"ya 2-ci qolu da vurmalı idim" - Coy-Lens Mikels
Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı seçilə bilər
“Beşiktaş”ın təyyarəsində qorxu dolu anlar
Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi
Alisson Beker “Liverpul”un tarixinə düşdü
“Bakıda çox şey mənim üçün uğurlu alınır” - Entoni Qordon
Pokatilov ÇL-də qurtarış sayına görə birincidir!
Bakıdakı matçda vurulan bütün qollar – Video
“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir?
"Bavariya"dan məğlubiyyət, "Fənərbaxça"dan qələbə
Dambrauskas: “Hiss etdik ki, biz də nəsə bacarırıq”
“Sabah” bizə çətin anlar yaşatdı" – Flikdən etiraf
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər