UEFA "Qəbələ"nin oyununa daha bir nümayəndə göndərdi

UEFA "Qəbələ"nin oyununa daha bir nümayəndə göndərdi
XƏBƏR 6 Avqust 2015 / 12:57 3503
-  A +

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün Bakıda keçiriləcək “Qəbələ” – “Apollon” oyununa əlavə olaraq daha bir  nümayəndəsini təyin edib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu  iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən “Apollon” – “Qəbələ” matçı zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alaraq bu addımı atıb.

“Qəbələ” – “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq.


Son xəbərlər