Millimiz Maltanı məğlub etdi

Millimiz Maltanı məğlub etdi
XƏBƏR 6 Avqust 2015 / 10:50 2877
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Malta yığmaları arasında yoldaşlıq oyunu keçirilib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bayıl stadionunda baş tutan oyunda yığmamız 4:1 hesabı ilə qələbə qazanıb.

Millimizin qollarını İlkin Sadıqov, Ayxan Əsədov, Elnur Cəfərov və İsmayıl İbrahimli vurub.

Xatırladaq ki, bu komandalar arasında növbəti oyun avqustun 7-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək.

Son xəbərlər