UEFA "Fənərbaxça"nın şikayətini rədd etdi

UEFA "Fənərbaxça"nın şikayətini rədd etdi
XƏBƏR 4 Avqust 2015 / 20:03 5342
-  A +

UEFA "Fənərbaxça"nın şikayətinə baxıb.


Qol.Az-ın İstanbul klubunun saytına istinadən yaydığı xəbərə görə, "Cim-Bom"un Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şaxtyor"la keçirilən ilk matçın nəticəsinə dair müraciətini təmin etməyib.


Qeyd edək ki, "Fənərbaxça"ya qarşı ilk oyunda iştirak edən Donetsk klubunun futbolçusu Fredin qanında dopinq tapılıb. Bu səbəbdən İstanbul klubu UEFA-ya müraciətdə"Şaxtyor"a texniki məğlubiyyət verilməsini və Fredin cəzalandırılmasını tələb etmişdi.

Xatırladaq ki, "Fənərbaxça" - "Şaxtyor" görüşü 0:0 hesabı ilə başa çatıb.


Son xəbərlər