"Kəpəz"dən növbəti qələbə
Həftəsonu startı veriləcək çempionata hazırlaşan “Kəpəz” avqustun 3-də yoxlama oyunu keçirib.
Qol.Az-ın məlumatına görə, Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda I divizionun son qalibi “Neftçala” ilə üz-üzə gəlib.
Görüş "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk yarıda Azad Kərimov fərqlənib. İkinci hissədə yeni transfer - ukraynalı hücumçu Oleksandr Sytnik dəqiq zərbə ilə diqqət çəkib.
Qeyd edək ki, “Neftçala”ya qarşı oyun "Kəpəz"in mövsüm öncəsi son hazırlıq matçı olub.