"Rəvan" Gürcüstan klubuna uduzdu

"Rəvan" Gürcüstan klubuna uduzdu
XƏBƏR 3 Avqust 2015 / 21:40 2805
-  A +

Azərbaycan Premyer Liqasına hazırlıqlarını davam etdirən "Rəvan"  növbəti yoxlama oyunu keçirib.

Qol.Az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Gürcüstanın yüksək liqasında çıxış edən "Sioni" klubu ilə qarşılaşıb.  Gürcüstan yığmasının təlim-məşq bazasının stadionunda keçirilən matçda "Rəvan" 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki,  “Rəvan” bundan əvvəl yoxlama oyunlarında Bakı “İnter”inə qalib (2:1) gəlib, “Qəbələ”nin əvəzedici komandasına uduzub (3:6).

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner