"Atletik" Bakıya nə vaxt gələcək?

"Atletik" Bakıya nə vaxt gələcək?
XƏBƏR 3 Avqust 2015 / 18:45 2706
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində avqustun 6-da "İnter"in qonağı olacaq "Atletik"in (Bilbao) Bakıya gələcəyi tarix müəyyənləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Bilbao təmsilçisi paytaxtımıza sabah gələcək.  

Avqustun 5-də isə "Atletik" matçın keçiriləcəyi "İnter Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək "İnter" - "Atletik" oyunu saat 21:00-da başlayacaq. 

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu