“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə cavab oyununun hazırlıqlarına start verib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən ilk oyunun (1:1) ardından bir gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.
Dünən baş tutan axşam hazırlığında Kiprdəki matçda iştirak edən futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqinə zədə səbəbindən ilk oyunu buraxan Georgi Floresku istisna olmaqla, bütün futbolçular qatılıblar. “Qəbələ” avqustun 6-da Bakıdakı “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın hazırlığını paytaxtda davam etdirəcək.
Komanda bu gün axşam məşqini İsmət Qayıbov adına Bakıxnov qəsəbə stadionunda gerçəkləşdirəcək.
Xatırladaq ki, “Qəbələ” - “Apollon” oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi